İdman

Çempionun formal oyunu, Masazırda avrokubok, Zirədə medal mübarizəsi

6 May 2016 19:16
0 Şərh     Baxış: 1 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, eyni gündə keçiriləcək tura mərkəzi oyunla start veriləcək.

Mükafatlar uğrunda mübarizə aparan "Qəbələ" ilə "Zirə" sonuncuların meydanında qarşılaşacaq. İlk mövsümü gümüş medalla başa vurmağa yaxın olan debütant 2-ci yeri sona 3 tur qalmış da təmin edə bilər. Bunun üçün Adil Şükürovun yetirmələri qalib gəlməli və "Kəpəz"in xal itirməsinə ümid etməlidi. "Qəbələ" isə gümüşə nəzəri şansını saxlayıb, "üçlük" mübarizəsindən qopmamaq üçün mütləq qalib gəlməlidi.
 
Çünki əyalət klubunun 3-cü yer uğrunda mübarizədəki rəqibləri - "Kəpəz"lə "İnter"in turu 3 xalla başa vuracağı gözlənilir. Gəncəlilər "Xəzər Lənkəran", "İnter" isə "Rəvan"ın qonağı olacaq. Autsayderlərlə matçlarda xal itirməsi inandırıcı görünməyən mükafatlara iddialıların asan qələbə qazanacağı proqnozlaşdırılır.
 
"Bankirlər" bu qarşılaşmaya 3 oyunluq qələbə həsrətinə son qoymağa çıxacaqsa, "Rəvan" Premyer Liqada yerini qorumaq üçün son pillədən qurtulmalıdı. Lakin Bəhmən Həsənovun yetirmələri tarixi ərzində "İnter"dən xal ala bilmədiyindən bu vəzifənin öhdəsindən gəlmək asan olmayacaq.
 
Ardıcıl 3-cü qələbəsini qazanmağa iddialı "Kəpəz" 3-cü pillədəki yerini möhkəmlətmək, "Zirə"yə yaxınlaşmaq üçün Lənkərandan itkisiz dönməlidi. Artıq 21 turdu qələbə qazanmayan cənublular doğma azarkeşlər önündə seriyasını qırmalıdı.
 
Turun daha bir maraqlı görüşü Masazırda baş tutacaq. İlk dəfə Premyer Liqa matçını qəbul edəcək "Əlincə Arena" paytaxt təmsilçiləri "Neftçi" ilə AZAL  arasında görüşə meydan olacaq. 6-cı yerin sahibi kimi avrokuboka vəsiqə qazanmağa çalışan komandaların duelində "ağ-qaralar" üçün qələbə daha önəmlidi. "Təyyarəçilər"lə 5 xallıq fərqi azaltmaq üçün Vəli Qasımovun yetirmələri 3 turluq qələbə həsrətinə son qoymalıdı. Tərlan Əhmədovun komandası isə qalib gəlsə, nəinki 6-cı yerə, hətta daha yüksək pillələrə iddiasını göstərəcək.
 
Günün ən az maraq kəsb edən matçı "İnter Arena"da keçiriləcək. "Sumqayıt"ı bu stadionda sınağa çəkəcək "Qarabağ" artıq çempion titulunu təmin etdiyindən matçın əhəmiyyəti sıfıra bərabərdi. Lakin Qurban Qurbanovun yetirmələri ardıcıl 10-cu qələbə ilə klub tarixinin yeni rekorduna imza ata bilər. Premyer Liqada yerini təmin edən, 7-ci pillədən çox uzaq düşən sumqayıtlılar 8-ci pillədə möhkəmləndiyindən qonalar üçün də qarşılaşmanın önəmi yoxdu. Elə görüşün formal xarakter daşıması üzündə AFFA-nın Hakimlər Komitəsi bu oyunu debütant Rövşən Rəcəbova tapşırıb.
 
Azərbaycan Premyer Liqası
XXXII tur
7 may (şənbə)
15:00. "Zirə" - "Qəbələ"
Mövsümün əvvəlki oyunları: 0:0, 1:0, 2:1
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Ziya Nəsirov
Zirə İdman Kompleksinin stadionu
 
16:00. "Xəzər Lənkəran" - "Kəpəz"
Mövsümün əvvəlki oyunları: 0:1, 0:1, 0:2
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Coşqun Həsənov, Ramil Əhmədov
"Xəzər Lənkəran" mərkəzi stadionu
 
17:00. "Rəvan" - "İnter"
Mövsümün əvvəlki oyunları: 0:2, 0:2, 1:3
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Elgün Adıgözəlli, Fərid Məmmədov
"Bayıl Arena"
 
19:00. "Qarabağ" - "Sumqayıt"
Mövsümün əvvəlki oyunları: 0:1, 2:2, 2:0
Hakimlər: Rövşən Rəcəbov, Vaqif Musayev, Mehman Mahmudov, Elvin Əsgərov
"İnter Arena"

19:05. "Neftçi" - AZAL
Mövsümün əvvəlki oyunları: 1:2, 0:1, 1:1
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Rəvan Həmzəzadə
"Əlincə Arena"

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

32

23

6

3

59-19

75

2

Zirə

32

17

9

6

39-24

60

3

Kəpəz

32

14

10

8

42-35 

52

4

Qəbələ

32

13

11

8

38-26

50

5

İnter

32

13

11

8

30-23 

50

6

AZAL

32

13

6

13

24-29

45

7

Neftçi

32

10

10

12

31-35

40

8

Sumqayıt

32

6

12

14

34-45

30

9

Xəzər L

32

3

5

24

12-42

14

10

Rəvan

32

4

8

20

22-53

14

  * "Rəvan"ın hesabından 6 xal silinib

Bombardir: Nelson Bonilla ("Zirə") - 14.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.