İdman

"Finalda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"

6 May 2016 19:57
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul" Avropa Liqasının yarımfinalında "Vilyareal"ı mübarizədən kənarlaşdırmaqla 2007-ci ildən sonra ilk dəfə qitə miqyaslı turnirdə final oynamaq hüququ qazandı.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp finalda oynamaq imkanından istifadə etməli olduqlarını qeyd edib:

"Futbolçular gözləntilərimi artıqlaması ilə doğrultdu. İngilis olmadığım üçün bu performansı ifadə etmək üçün uyğun söz tapa bilmirəm. Bu oyunun iştirakçısı olmaq gözəl idi. Matçın ilk 30 dəqiqəsində möhtəşəm güc göstərdik. Birinci hissənin son 15 dəqiqəsində səbrimizi bir az itirdik. "Villareal"ın məşqçisinə həyatımda bir saniyə belə oxşamaq istəməzdim"

Sözün düzü, Çempionlar Liqasının finalında kimin oynaması məni maraqlandırmır. Bizim Avropa turnirlərinin finalında yeganə qeyri-ispan klubu olmağımız yaxşıdır. "Sevilya" güclü rəqibdir. Onları "Şaxtyor"la dueldə favorit hesab edirdim. Finala hazırlaşmaq üçün vaxtımız var. Həlledici mərhələyə çıxmaq üçün bir az qətiyyətli olmaq lazımdır. "Liverpul"a gələndə komanda qrupda 3 heç-heçə etmişdi. 2016-cı ildə komanda bacarıqlı olduğunu nümayş etdirdi. Bu, yaxşı işarədir. Avropa böyükdür, finalda bir çox klublar oynamaq istəyir. Biz artıq bu işin öhdəsindən gəlmişik. Finalda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.