İdman

"Qvardiola uğur qazana bilmədi, onu unudacaqlar"

6 May 2016 08:55
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın eks futbolçusu İvitsa Oliç komandanın Çempionlar Liqasının yarımfinalında mübarizəni dayandırmasını şərh edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, xorvatiyalı hücumçu Qvardiolanın Münhen klubundakı fəaliyyətini uğurlu hesab etməyib.

"Çempionlar Liqasının yarımfinal mərhələsində ardıcıl 3 il mübarizəni dayandırmaq uğursuzlu deməkdir. "Bavariya"dan həmişə daha artığını gözləyirlər. Bu fikrə etiraf edib deyən olar ki, onlar Almaniya Bundesliqasında çempionluğa yaxındır. Amma komandanın gücünə baxanda bunun minimum nəticə olduğunu müəyyən etmək olar. Qvardiola Haynkesdən sonra "Bayern"in sükanı arxasına keçmişdi. Haynkess kluba mümkün titulları qazandırmışdı. Pep sadəcə bunu təkrarlaya bilərdi, alınmadı. O, uğur qazana bilmədi. Tədricən onu unudacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.