İdman

Portuqaliya yığmasının baş məşqçisi: "Azərbaycanı güclü rəqib sayırdıq"

5 May 2016 23:31
2 Şərh     Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əlbəttə, bu oyunu məşq saymaq olmaz. Bütün komandalara hörmətlə yanaşırıq. Azərbaycanı da güclü rəqib sayırdıq. Futbolçularımız oyuna ciddi hazırlaşmışdı. İlk dəqiqələrdə vurduğumuz qol işimizi rahatlaşdırdı".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Helio Souza Azərbaycan yığmasını 5:0 hesabı ilə yendikləri Avropa çempionatının "A" qrupunun ilk tur matçından sonra deyib.
O bildirib ki, əvvəllər komandası bu qədər insanın qarşısında meydana çıxmadığından, fərqli mühitdə çıxış ediblər. H.Souza 5 qolla qalib gəlmələrinə baxmayaraq, bütün rəqiblərə hörmətlə yanaşdıqlarını vurğulayıb:
"Ötənilki Avropa çempionatında uğurlu nəticə qazana bilməmişdik. Çünki finaldan kənarda qaldıq. Bu səbəbdən, Bakıdakı çempionata ciddi hazırlaşmışıq. Hədəfimiz hələ ki, növbəti oyunu da udmaq və qarşıdakı oyunlara hazırlaşmaqdır".
O bildirib ki, start heyətində 10 nömrəli futbolçu Pilağa Mehdiyevin oynayacağını gözləyiblər. Amma gözləntilərinin əksinə, Mehdiyev fasilədən sonra meydana daxil olub.
H.Souza azərbaycanlı həmkarı Təbriz Həsənova heç bir məsləhət verə bilməyəcəyini söyləyib. O, bunu ölkəsinin futbol federasiyasındakı strukturla əlaqələndirib:
"Mən sizin ölkənizdəki strukturu bilmirəm. Ona görə məsləhət verməyim düzgün olmazdı".
Baş məşqçi Şotlandiya ilə növbəti qarşılaşmaya ciddi hazırlaşacaqlarını da açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.