İdman

Futbolçulara avtomobil və Las Veqasa səyahət hədiyyəsi - FOTO

5 May 2016 17:24
0 Şərh     Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu mövsüm İngiltərə çempionu adını qazanan "Lester" klubunun futbolçuları əlavə mükafat alacaqlar.

Milli.Az report-a istinadən xəbər verir ki, klubun sahibi Vişay Şrivaddanaprabha əsas komandanın hər bir oyunçusuna "Mercedes" markalı avtomobil hədiyyə edəcək. 

Avtomobillərin bazar qiyməti 32670 funt sterlinqdir. Bundan başqa, Şrivaddanaprabha öz hesabına bütün komandaya ABŞ-ın Las Veqas şəhərinə səfər vəd edib. Baş məşqçi Klaudio Ranyeri isə 5 milyon funt sterlinq mükafat qazanacaq. 

Qeyd edək ki, "Lester" mayın 2-də "Çelsi"nin "Tottenhem"lə 2:2 hesablı heç-heçə etməsindən sonra tarixində ilk dəfə çempion olub. Premyer Liqanın son 2 turunda "tülkülər" mayın 7-də "Everton"la evdə, mayın 15-də "Çelsi" ilə səfərdə üz-üzə gələcək. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.