İdman

Navas rekorda ortaq oldu, finalı gözləyir

5 May 2016 10:02
0 Şərh     Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın qapıçısı Keylor Navas Çempionlar Liqasında bir rekorda ortaq olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, kosta-rikalı "çərçivə qoruyucusu" "Mançester Siti" ilə yarımfinal cavab qarşılaşmasında (1:0) rəqibin sevinməsinə imkan verməyərək bu mövsüm 9 oyunda qapısında qol görməyib.

O, belə nəticəyə imza atan ikinci futbolçu olub. Daha əvvəl isə "Valensiya"nın keçmiş qapıçısı Santyaqo Kanizares bu nəticənin tək sahibi idi.
 
Əgər "Real" final matçında da qol buraxmasa, Navas rekordu yeniləyəcək.
 
Qeyd edək ki, 29 yaşlı qapıçı komandası ilə birlikdə Çempionlar Liqasında cəmi 12 oyuna çıxıb və 11 matçda məyus olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.