İdman

"ÇL-da qalib gəlmədiyim üçün məni ittiham edəcəklər"

4 May 2016 19:39
0 Şərh     Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın baş məşqçisi Xosep Qvardiola "Atletiko" ilə oyunun nəticəsini şərh edib.

Milli.Az goal.az-a istiandən xəbər verir ki, katalon mütəxəssis rəqibi təbrik edib və futbolçularıyla fəxr etdiyini söyləyib.

""Atletiko"nu təbrik etmək istəyirəm. Futbolçularımla fəxr edirəm. Onlar Avropa futbol həvəskarlarına maraqlı olan futbol nümayiş etdirdilər. Ümid edirəm, Ançelottinin "Bavariya"da işləri qaydasında gedər. Belə məşqçi ilə klubun parlaq gələcəyi var. "Atletiko" finala layiq idi. Onlar cari Çempionlar Liqasında əla çıxış edirlər. Biz lazımi qolu vura bilmədik.

Bunun üçün imkanlarımız kifayət qədər idi. Hakimlik haqqında danışmıram, futbolu müzakirə edirik. "Bavariya"da hər şey xoşuma gəlir. Məqsədimiz Çempionlar Liqasının finalına çıxmaq idi. Komandanın uğur qazanması üçün əlimdən gələni etdim. İlk gündən "Bavariya"dakı işimə ürəkdən bağlanmışam. İndi mətbuat istənilən şeyi yazıb danışa bilər. Bu futbolçularla işləmək mənim üçün şərəfdir. Finala vəsiqə qazanmadıq. Çempionlar Liqasında qalib gəlmədiyim üçün məni ittiham edəcəklər. Amma "Bavariya"da işlməkdən məmnun idim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.