İdman

"Renat Dadaşov Almaniyanın əsas yığmasının da formasını geyinəcək"

4 May 2016 13:06
0 Şərh     Baxış: 1 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avropanın ən güclü komandaları buradadır. Portuqaliya, Fransa, İngiltərə turnirin favoritləri sayılırlar".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Meykel Şönveyts deyib.

Bakıda keçiriləcək Avropa çempionatının əsas favoritlərindən sayılan almanlar ilk oyunlarını sabah Ukraynaya qarşı keçirəcəklər. Şönveyts bu gün təşkil edilən mətbuat konfransında fikirlərini bildirib: "Digər komandalar kimi, biz də güclüyük, bura uğur qazanmaq üçün gəlmişik. Bakıda mümkün qədər çox qalmaq istəyirik. Hədəfimiz finala qədər irəliləməkdir".
 
Baş məşqçi Almaniya millisinin Azərbaycan əsilli hücumçusu Renat Dadaşovun böyük oyunçu olacağına inandığını vurğulayıb: "Biz Renatın gələcəkdə ulduz futbolçulardan olacağına inanırıq. Onun perspektivinə bələdik. Ümid edirəm ki, Renat əsas millinin də formasını geyinəcək və aparıcı oyunçulardan olacaq".
 
Qeyd edək ki, B qrupunda Almaniya və Ukrayna ilə yanaşı, Avstriya, eləcə də Bosniya və Herseqovina milliləri yer alırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.