İdman

"Real" və "Mançester Siti": hərəsində 2 əskik

4 May 2016 13:17
2 Şərh     Baxış: 1 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının yarımfinal mərhələsində bu gün "Real"la qarşılaşacaq "Mançester Siti" matça iki ciddi itki ilə çıxacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, David Silvadan sonra daha bir oyunçunun meydana çıxmayacağı dəqiqləşib.

Bu, zədə ucbatından ilk görüşü buraxan Yaya Turedir. Kot-d`İvuar millisinin yarımmüdafiəçisi bu gün də komandasına kömək edə bilməyəcək.
 
Həmçinin "Real"ın da iki aparıcı oyunçusu görüşü buraxacaq. Zədəsini hələ də sağaltmayan hücumçu Kərim Benzemanı oyuna yetişdirmək mümkün olmayıb. Onunla yanaşı, baş məşqçi Zinəddin Zidanın əvəzedilməz oyunçularından birinə çevrilən Kazemiro da bu gün onun ixtiyarında olmayacaq. Əvəzində komandanın lideri Kriştianu Ronaldu meydandakı yerini ala biləcək. Zidan portuqaliyalının oyuna tam hazır olduğunu açıqlayıb.
 
Qeyd edək ki, "Real" - "Mançester Siti" görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Komandalar arasındakı ilk matçda qolsuz bərabərlik qeydə alınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.