İdman

Smollinq "Mançester Yunayted"in ən yaxşısı seçilib

4 May 2016 08:55
0 Şərh     Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə "Manchester United" mövsümün ən yaxşı oyunçularını mükafatlandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, azarkeşlərin səsverməsinə görə "mövsümün oyunçusu" David de Xea seçilib. İspaniyalı qolkiper ardıcıl 3-cü dəfə bu mükafata sahib çıxıb. "MU" futbolçuları isə Kris Smollinqi mövsümün ən yaxşısı seçib. Komandanın ən yaxşı gənc futbolçusu üçün nəzərdə tutulan "Cimmi Merfi" mükafatı isə Markus Reşforda təqdim olunub. Ən yaxşı qol Antoni Marsialın debüt matçında "Liverpool"a vurduğu qol seçilib. "Qırmızı şeytanlar" mövsümü major notlarla başa vurmaq üçün mayın 21-də "Crystal Palace"i məğlub edib İngiltərə kubokuna sahib çıxmağı düşünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.