İdman

İdmançılarımız vətənə qızıl və gümüş medallarla dönürlər

2 May 2016 16:17
0 Şərh     Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxstanın Çimkənd şəhərində akademik Saparbayevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan pəhləvanları ilə yanaşı, Qazaxstan, Özbəkistan, Qırğızıstan, Rusiya və Tacikistan güləşçilərinin də iştirak etdiyi turnir 2 gün davam edib.

Goal.az xəbər verir ki, turnirdə böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamızın 2 üzvü iştirak edib. 

64 pəhləvanın yarışdığı 59 kq çəkidə mübarizə aparan Sakit Quliyev bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalına yiyələnib. 120 kq çəkidəki təmsilçimiz Mehdi Kərimi isə gümüş medalla kifayətlənib. Finala qədər bütün rəqiblərindən üstün olan güləşçimiz zədələndiyindən son görüşə çıxa bilməyib.

Beləliklə, güləşçilərimiz turnirdə 1 qızıl və 1 gümüş medal qazanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.