İdman

""Real" "El Clasico"da kiçik klub kimi mübarizə apardı"

2 May 2016 16:05
4 Şərh     Baxış: 1 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Al Sadd" klubunda xoşbəxtəm. Fikrimcə, buranı seçməkdə tamamilə düz iş görmüşəm. Məşqçi olmaq barədə şübhələrim var. Hələ ki futbol oynayıram". Bu fikirləri "Barcelona"nın eks kapitanı Xavi Ernandes "beIN Sports" kanalına açıqlamasında səsləndirib. Goal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi La Liqada titul mübarizəsi aparan 3 komanda haqqında və aprelin 2-i baş tutmuş "El Clasico" haqqında danışıb.

"Camp Nou"da "Real" kiçik klub kimi oynadı. "Barca" və "Real" öz oyun tərzinə sadiq qalıb bunu rəqibə diqtə etməlidir. Bu cür böyük klublar "Atletico" kimi mübarizə aparmalı deyil. Simeone komadanın işlərini ideal şəkildə qaydasına salıb. O, rəqibə əks təsir taktikasını tətbiq edir. Amma qapısı qarşısında "avtobus saxlayan" klubların oyunlarına baxmaqdan xoşum gəlmir. "Barcelona" başqa stildə oynamağa başlasa, azarkeşlər çaşıb qalacaqlar. Hər kəs "Barca"nın topa nəzarəti ələ alıb 15-20 qol vəziyyəti yaratmağına alışıb. Bu oyun tərzi müzakirə oluna bilməz. Ronaldunun əla fiziki göstəriciləri var. Komanda oyunu baxımından Messi xeyli öndədir. Leo yaxşı, dürüst, nəcib, peşəkar və uduzmağı sevməyən insandır. O, futbola çox bağlıdır, meydana çıxmayanda üzülür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.