İdman

"Komandada xeyli problemlər var"

2 May 2016 15:20
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter" A Seriyasının 36-cı turunda "Latsio"ya 0:2 hesabyıla uduzmaqla növbəti mövsüm Çempionlar Liqasında oynamaq imkanını itirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "nerazzurri"nin baş məşqçisi Roberto Mançini futbolçularının oyuna münasibətindən narazılığını ifadə edib.

"Biz, xüsusilə oyunun ilk 20 dəqiqəsində pis oynadıq və layiqli şəkildə məğlub olduq. İkinci hissədə tarazlığı bərpa etmək imkanımız vardı. Amma həmişəki kimi qol vəziyyətlərini boşa verdik. Ustalıq və konsentrasiya çatışmadı. Bizim üçün qol vurmaq böyük zəhmətlə başa gəlir. Komandanın ustalığı lazımi səviyyədə deyil. Çempionatda 3-cü yerə zəif şanslarımız vardı. Bunun üçün "Latsio"ya qalib gəlib "Roma"nın büdrəməsini gözləmək lazım idi. Ən pis halda, özümüzə 3-cü yeri təmin etmək istəyirik. Bugünkü oyun heç xoşuma gəlmədi. Mövsümöncəsi hazırlıq oyunu kimi ləng hərəkət edirdik. Komandanın əksər futbolçuları "İnter"də oynamağın məsuliyyətini dərk etmir. Ümumlikdə mövsüm yaxşı alındı. Uğurlu başlanğıc bəzi oyunçulara skudetto haqda düşünməyə stimul verdi. Əslində, komandada xeyli problemlər var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.