İdman

Bakı marafonu növbəti uğurlu və çox maraqlı təşəbbüsdür

1 May 2016 19:51
Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı marafonu Heydər Əliyev Fondunun növbəti uğurlu və çox maraqlı təşəbbüsüdür. Biz bir çox insanın bu böyük idman hadisəsinə həqiqi marağının şahidi olduq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl!" şüarı altında keçirilən Bakı marafonunun iştirakçısı, AFFA-nın baş katibi Elxan Məmmədov jurnalitlərə müsahibəsində söyləyib.

Tədbirin sağlam həyat tərzinin təbliğində mühüm rol oynayacağına şübhə etmədiyini vurğulayan E.Məmmədov deyib: "Bu gün marafonda təqribən 7 mindən çox adam iştirak edir. Bu hadisə Azərbaycanda idmanın populyarlaşmasına müsbət təsir göstərir. İştirakçılar arasında təkcə gənclər, yerli sakinlər deyil, müxtəlif dövlət qurumlarının nümayəndələri və əcnəbilər də var. Bütün bunlar startın yaxşı olduğunu göstərir və Bakı marafonunun ənənəvi tədbirə çevriləcəyinə ümid yaradır.

E.Məmmədov sonda deyib: "Biz Azərbaycan rəhbərliyinin ölkəmizdə idmanı populyarlaşdırmaq səylərini tam dəstəkləyirik və bu işdə fəal iştirak etməyə hazırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.