"Barcelona"nın baş məşqçisi Luis Enrike "Betis"lə matç (2:0) haqda fikirlərini bölüşüb.
Goal.az xəbər verir ki, "katalonlar"ın baş məşqçisi bunları deyib: "Komandamın bu matçda xeyli əziyyət çəkdiyini düşünmürəm. Meydan yaxşı vəziyyətdə olsa da, quru idi. Məncə, "Betis" daha çox əziyyət çəkdi. Meydan bu qədər quru olmasaydı, rəqibin azlıqda qalmasından sonra hücumlarımız daha sürətli alınardı. Hesab açılandan sonra futbolçularım özlərini peşəkar kimi apardılar. İlk hissə bərabər səviyyədə keçdi, fasilədən sonra isə biz daha üstün oyun göstərdik. Belə matçlardakı təzyiqi nəzərə alsaq, yetərincə yaxşı çıxış etdik. Məgər 8:0 hesabıyla qalib gəlmirsizsə, qələbə vacib deyil? Bu liqada rəqabət çox böyükdür - 3 komanda qızıl medallara iddia edir. "Real Madrid"lə "Atletico"nun bundan sonra xal itirəcəyinə inanmıram, hər şey bizdən asılıdır. Məncə, futbolda rəqabətin nə dərəcədə yüksək olduğunu unudursunuz. Biz heç vaxt çempionatın artıq bitdiyini deməmişik. İntriqa yalnız çempionluğu rəsmiləşdirdiyimizdən sonra öləcək. Bir ara böyük üstünlüyümüz var idi, lakin artıq vəziyyət dəyişib. Buna baxmayaraq, hər şey bizim əlimizdədir. Komandamın hər oyunda 8:0 hesabıyla qələbə qazanmasını istəyərdim. "Betis" kombinasiyalı hücumlar qurmağa çalışsa da, müdafiədə əla çıxış etdik. Primeranın sonuna az qalıb. Növbəti turda bizi "Espanyol"la derbi gözləyir. Çox çətin oyun olacaq".
Milli.Az