İdman

Qalib marafonçu: "Bakı Marafonu kimi tədbirlərin keçirilməsi ənənəyə çevriləcək"

1 May 2016 12:14
Baxış: 1 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əminəm ki, gələcəkdə Bakı Marafonu kimi tədbirlərin keçirilməsi ənənəyə çevriləcək. Bunu Trend-ə marafonun qalibi, "Ankara" liseyinin müəllimi Namiq Əsədov deyib.

Marafonda ilk dəfə iştirak etdiyini deyən N.Əsədov qeyd edib ki, daha əvvəl yüngül atletika ilə məşğul olub: "Azərbaycanda belə yarışların keçirilməsi sevindirici haldır".

O bildirib: "Belə yüksək səviyyəli tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna minnətdarlığımı bildirmək istəyirəm".

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.

Ümumilikdə, şəhər sakinlərinin, qonaqların qoşulduğu Bakı Marafonu 2016-da iştirak etmək üçün 3621 nəfər qeydiyyatdan keçib.

Marafon saat 10:00-da başlayıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.