İdman

Azərbaycanlı və erməni boksçuları DÖYÜŞƏCƏK

30 Aprel 2016 21:17
1 Şərh     Baxış: 2 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Latviyanın paytaxtı Riqada mayın 7-də əsasını  gənc azərbaycanlı məşqçisi Vəli Məmmədovun qoyduğu FLASH PROMOTION təşkilatının All for the Victory debüt turniri baş tutacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, FLASH PROMOTION müxtəlif ölkələrdən olan istedadlı idmançıların turnirlər seriyasını planlaşdırır.

Tamaşaçıları FLASH TEAM komandasının nümayəndəsi Petros Ananyanın Latviyanı təmsil edən Zaur Sadıxovla, həmçinin Olimpiya oyunlarının Azərbaycandan olan iştirakçısı Soltan Miqitinovla gənclər arasında dünya çempionu Lendruş Akopyanla döyüşü gözlənilir.

Bu boks gecəsinin əsas intriqası ingilis boksçusu Denni Vilyamsın rinqə çıxmağı olacaq. O, 2004-cü ildə iyulun 1-də Mayk Taysonu nokauta yollamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.