İdman

"Mən onların sifətini cavab oyununa kimi yadımda saxlayacam"

30 Aprel 2016 07:36
0 Şərh     Baxış: 1 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpool"un müdafiəçisi Kolo Ture "Villareal"la ilk oyunda 0:1 məğlub olduqları oyun haqqında fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, kot-d`ivuarlı oyunçu bunları qeyd edib:

"Mən son ötürməni gördüm, çox gözəl verilmişdi. Amma rəqibin sağ cinah cinah yarımmüdafiəçisi bizim futbolçunu özüylə apardı. Brunonun ötürmə verməsi üçün vaxtı kifayət qədər idi. Heç kim onun qarşısını kəsmədi. Komanda yoldaşlarımdan heç kimi tənqid etmək istəmirəm. Lakin müdafiədəki boşluğu sığortalamalı oldum. Həm də ötürmə ideal idi. Topa başla toxunmaq üçün tullanmaq istədim. Sonra başa düşdüm ki, boşa çıxsam, məndən başqa heç bir maneə qalmır. Rəqibin futbolçusu ilə üz-üzə qalmışdım. Sonuncu müdafiəçi kimi rəqibin üzərinə atılmaq və ya sürüşmə fəndini icra etmək mümkün deyildi. Denis Suarez də əks-hücumda səliqəli oynadı. İndi ispanlar sevinirlər. Mən onların sifətini cavab oyununa kimi yadımda saxlayacam. Birinci görüşdən sonra rəqibin necə sevindiyinə baxmaqdan xoşum gəlir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.