İdman

"Kapitan olmaq mənim üçün şərəf idi"

29 Aprel 2016 21:36
0 Şərh     Baxış: 1 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Aston Villa"nın hücumçusu Qabriel Aqbonlahor klubun azarkeşlərindən üzr istəyib və kapitanlıq sarğısından imtina edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli oyunçu İnstagram hesabında bunları yazıb:

"Son həftələrdəki davranışıma görə Aston Villa" azarkeşlərinin hər birindən üzr istəyirəm. Bu vaxtlar kluba bağlı hər kəs üçün ağır günlərdir. Kapitanlıq sarğısını daşımağa layiq olmadığımdan bu rolu yerinə yetirə bilmərəm. Kapitan olmaq mənim üçün şərəf idi. Bundan məhrum olmaq çox ağırdır"

Qeyd edək ki, "Aston Villa"nın "Manchester United"ə uduzub Premyer Liqanı tərk etdiyi gün Aqbonlahor oteldə əyləncə məclisi təşkil etmişdi. Bundan sonra klub rəhbərliyi onu müvəqqəti olaraq komandadan uzaqlaşdırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.