İdman

Millimizin növbəti 3 rəqibi müəyyənləşdi

29 Aprel 2016 21:16
0 Şərh     Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Kolumbiyada keçiriləcək futzal üzrə dünya çempionatında iştirak edəcək daha üç komandanın adına aydınlıq gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunlar Misir, Mərakeş və Mozambik yığmalarıdır.

Dünya çempionatında iştirak edəcək 24 komandan 20-si artıq bəllidir. Daha öncə Avstraliya, İran, Tayland, Özbəkistan, Vyetnam, Solomon adaları, Argentina, Braziliya, Kolumbiya, Paraqvay, Rusiya, Qazaxıstan, Azərbaycan, Ukrayna, Portuqaliya, İspaniya və İtaliya mundiala vəsiqə əldə etmişdi.

Hazırda DÇ-2016-nın sadəcə, dörd iştirakçısının adına aydınlıq gəlməyib. Onların hamısı Şimali Amerikanı təmsil edəcək.

Kolumbiyanın üç şəhərində təşkil olunacaq dünya çempionatın sentyabrın 10-dan oktyabrın 1-nə qədər davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.