İdman

"Traxtur" un oyununda "Qarabağ bizimdir, bizim olacaq" şüarları - VİDEO

6 Aprel 2016 23:07
13 Şərh     Baxış: 4 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi bu gün Təbrizin "Traxtur" komandası öz meydanında Özbəkistanın "Paxtakor"  komandasını qəbul edib. 

Oyun zamanı "Traxtur" un azarkeşləri, milli-mədəni fəallar Qarabağın azadlığı uğrunda dəfələrlə "Qarabağ bizimdir, bizim olacaq"  şüarlarını səsləndiriblər. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə aktiv olan bir neçə milli-mədəni fəal, o cümlədən Höccətul-İslam Əzimi Qədim İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 

Milli.Az bildirir ki, musavat.com-a daxil olan məlumata görə oyun zamanı stadionda 40 mindən çox azarkeş iştirak edib. Onların arasında millət vəkilləri, tanınmış simaların da olduğu bildirilir.

Oyun 2:0 "Traxtur " komandasının xeyrinə bitib. 

Təbrizdən verilən məlumata görə, qələbədən doğan yüksək əhval-ruhiyyə ilə stadionu tərk edən güneyli qardaşlarımız Azərbaycanın quzeyinə coşqulu dəstək verməyi də unutmayıblar. Belə ki, on minlərlə insan "Qarabağ bizimdir, bizim olacaq!"-hayqıraraq Ermənistanın işğalçılıq siyasətinə etiraz ediblər və bununla da Qarabağdakı son savaşda da Azərbaycanın yanında olduqlarını nümayiş etdiriblər. Qarabağ çağırışları Təbrizin küçə və prospektlərində saatlarla eşidilib. İran hakimiyyətinin hər hasnı müdaxiləsi qeydə alınmayıb. Yeri gəlmişkən, güneyli soydaşımız azarkeşlərin Qarabağ çağırışları ilə əlaqədar videokadrları da göndərib. Qanımızı coşduran möhtəşəm kadrları sizə təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Cənubi Azərbaycandan Qarabağa dəstək

Cənubi Azərbaycandan Qarabağa dəstək-2

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.