İdman

"Avro-2016": İspaniya çempion oldu

14 Fevral 2016 10:58
3 Şərh     Baxış: 1 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiyada futzal üzrə keçirilən Avropa çempionatı başa çatıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, final görüşündə Rusiya və İspaniya yığmaları qarşılaşıb.

Ümumilikdə 10 qolun vurulduğu matç Priney təmsilçisinin qələbəsi ilə başa çatıb. Rəqibinə 7:3 hesabı ilə qalib gələn İspaniya yeddinci dəfə fəxri mükafata sahib çıxıb.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə Qazaxıstan meydan sahibi Serbiyanı 5:2 hesabı ilə məğlub edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.