İdman

Cüdoçularımız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı - FOTO

13 Fevral 2016 22:57
1 Şərh     Baxış: 1 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib.
Milli.Az "Report"a istinadən bildirir ki, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, cüdoçularımız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Oğlanlar arasında Rövşən Əliyev (50 kq), Vüsal İbrahimov (55 kq), Elçin Hüseynov (60 kq) qızıl, Rüfət Məmmədov (50 kq), Yaşar Nəcəfov (55 kq) və Murad Fətiyev (66 kq) bürünc medal qazanıb.
Qızlar arasında isə Şəfəq Həmidova (44 kq) gümüş, Gültac Məmmədəliyeva (48 kq) bürünc medal qazanıb.
Digər cüdoçumuz Şəhanə Hacıyeva Avropa kubokunda 5-ci olub. Bununla da, Azərbaycan millisi yarışın ilk günündə aktivində 8 medal yazdıraraq komanda hesabında birinci yerdə gedirlər.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.