İdman

Əsgər Abdullayev: "Tələsməyimiz rəqibin xeyrinə "işləyirdi"

13 Fevral 2016 20:21
1 Şərh     Baxış: 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Komandamızın bombardiri Ruslan Qurbanov bu oyunu buraxırdı. Buna görə də, Anyeteni sırf hücumçu kimi istifadə etdik. Amma o, oyun ərzində çalışırdı ki, öz mövqeyinə düşsün". Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev deyib.
 Milli.Az "CBC-Sport"-a istinadən bildirir ki, ölkə çempionatının XXI turu çərçivəsində "Xəzər Lənkəran"la matçdan (2:1) sonra fikirlərini bölüşən Abdullayev nəticədən razılığını dilə gətirib.
 
O, oyunun gedişində taktiki dəyişikliyə əl atdığını bildirib: "İkinci hissədə dəyişiklik etdik. 3-5-2 taktiki sxeminə keçib, Arazla Anyeteni qabağa atdıq. Bu gün istəyimiz qalib gəlmək idi. Oyunun gedişində hətta 3 hücumçu ilə oynadıq. İmkanlardan lazımınca istifadə etmədik. Vaxt azaldıqca tələsməyə başladıq. Bu tələskənlik rəqibin xeyrinə "işləyirdi". Buna görə də, imkanlardan maksimum istifadə etmək lazımdı. Sevindirici haldı ki, futbolçular sona qədər çalışdılar və qələbə qazana bildilər".
 
Nikolas Kanalesin "Neftçi"yə keçidini də dəyərləndirən Əsgər Abdullayev bunları deyib: "Kanales sırf hücumçudu. Bizim bu mövqedə oynayan futbolçularımız isə sırf hücumçu deyillər. Odu ki, Kanales irəli xətdə komandaya daha yaxşı kömək edə bilər".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.