İdman

Ançelotti "Bavariya"ya "Real"dan iki oyunçu gətirməyə çalışır

13 Fevral 2016 16:01
0 Şərh     Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yayda "Bavariya"nın baş məşqçisi təyin olunacaq Karlo Ançelotti Münhen klubuna keçmiş komandası "Real"dan iki futbolçu cəlb etməyi planlaşdırır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəsis Münhen klubunu Kərim BenzemaXames Rodriqeslə gücləndirmək niyyətindədir. O, "Bayer" rəhbərliyindən "Real"la danışıqlara başlamağı xahiş edib.

Xamesin son vaxtlar Madrid klubunda işləri qaydasında getmir. Kolumbiyalı yarımmüdafiəçinin məvacibinin artırılması barədə tələbi "Real"ın prezidenti Florentino Peresin xoşuna gəlməyib. Şantaj məsələsilə gündəmə gələn Benzema isə Zidanın güvəndiyi futbolçulardan biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.