İdman

Məşhur braziliyalı futbolçu karyerasını bitirəcək

12 Fevral 2016 22:37
3 Şərh     Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya millisinin keçmiş futbolçusu Ze Roberto 23 illik futbol karyerasına bu ilin dekabrında son qoyacağını elan edib. İyulda 42 yaşı tamam olacaq "Palmeiras" klubunun kapitanı keçirdiyi mətbuat konfransında bu qərarı barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi bunları deyib:

"Həyatımız seçim və hədəflərdən ibarətdir. Məqsədimini əksəriyyətinə çatmışam. Ötən il karyeramı başa vura bilərdim. Amma özümü sınaqdan keçirmək istədim. Bu il bütün bacarığımı göstərməyə köklənmişəm. Çünki futbolçu karyeramda son ildir. Zarafat etişdim ki, 50 yaşıma qədər oynaya bilərəm. Bunu bacararam. Çünki qeydimə qalıram və özümü əla hiss edirəm. Amma Braziliyadakı oyun təqvimi məni istirahət barədə düşünməyə vadar etdi. Növbəti il ailəmlə daha çox vaxt keçirmək istəyirəm. 16 yaşlı oğlumu daha çox görmək istəyirəm. Çünki o, xarici universitetdə oxumaq arzusundadır. Məşqçilər korpusu ilə razılaşdıq ki, bu il komandanın bütün oyunlarında iştirak etməyəcəm. Mən maşın deyiləm. Betmen belə Braziliyanın futbol qrafikinə davam gətirə bilməz".

Ze Roberto karyerası ərzində "Real", "Bayer", "Bavariya", "Hamburg", "Santos" kimi klubların şərəfini də qoruyub. 11 il Braziliya millisinin üzvü olan (1995-2006) futbolçu Amerika kuboku (1997,1999) və Konfederasiyalar kubokunu (1997, 2005) başı üzərinə qaldırıb. O, "pentakampeonlar"ın dünya kubokunu qaandığı 2002-ci il mundialından isə kənarda qalmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.