İdman

Millimiz Niderland ilə qarşılaşacaq

12 Fevral 2016 22:06
1 Şərh     Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Serbiyanın paytaxtı Belqradda dünya çempionatının pley-off oyunlarında üz-üzə gələcək komandalar üçün püşkatma mərasimi keçirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 14 komanda arasında Azərbaycan yığması da yer alıb. Püşk nəticəsində Azərbaycan Niderland ilə düşüb.

Digər pley-off cütlükləri aşağıdakılardır:

Sloveniya - İspaniya

Slovakiya - Ukrayna

Polşa - Qazaxıstan

Serbiya - Portuqaliya

Belarus - Rusiya

Macarıstan - İtaliya

Pley-off mərhələsinin oyunlarının martın 22-də və aprelin 12-də baş tutacaq. Qalib gələn komandalar bu il sentyabrın 14-də Kolumbiyada start götürəcək dünya çempionatında Avropanı təmsil etmək hüququ qazanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.