İdman

"Ronaldu mənə baxdı, amma üzr istəmədim"

12 Fevral 2016 21:31
2 Şərh     Baxış: 1 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 11-də futbol karyerasını başa vuran Xalid Bulahruz yerli "Helden" jurnalına maraqlı açıqlamalar verib. O, 2006-cı il dünya çempionatında Portuqaliya ilə 1/8 final qarşılaşmasında Ronalduya qarşı kobudluq etdiyi epizodu yada salıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, holland müdafiəçi buna görə ulduz futbolçudan üzr istəmədiyini bildirib.

"Kriştianu ilə bu qayda pozuntusu barədə heç vaxt danışmamışam. Sonra Van der Saar mənə dedi ki, həmin oyundan 6 ay sonra da Ronaldunun ayağında çapıq izi qalıbmış. Sonra Ronaldunu AVRO-2012-də gördüm. Sneyder onunla söhbət etdi və mənə dedi: "Bax, Bula, sənin dostun". Ronaldunun üz ifadəsi hər şeyi deyirdi. Amma mən üzr istəmədim".

Qeyd edək ki, 2006 mundialının 1/8 finalında baş tutan Hollandiya - Portuqaliya matçı kobud məcrada keçmişdi. Hər iki komanda görüşü 9 nəfərlə tamamlamalı olmuşdu. Pireney təmsilçisindən Koştinya və Deku, "narıncılar"dan isə Bulahruzun özü və Covanni van Bronkhorst meydandan qovulmuşdu. Manişenin yeganə qolu portuqlları 1/4 finala çıxarmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.