İdman

""Real" qorxur ki, "Barselona" onların meydanında kubok qaldırar"

12 Fevral 2016 20:38
6 Şərh     Baxış: 1 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın eks prezidenti Joan Qaspar "Real"ın rəhbəri Florentino Perezin İspaniya kubokunun finalını "Santiaqo Bernabeu"da qəbul etmək istəmədiyini düşünür. Qaspar bunu katalonların kuboku qazanmaq ehtimalının yüksək olması ilə əlaqələndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, qarşı tərəfin əzəli rəqibinə öz meydanında kubok qaldırmaq imkanı yaratmamaq istədiyini diqqətə çatdırıb.

""Real" qorxur ki, "Barselona" onların meydanında kubok qaldırar. Əgər motiv məhz bundan ibarətdirsə, qoy, açıq desinlər. Bunu izah etmək lazımdır. Perez, "Barselona"nın "Santiaqo Bernabeu"da oynamasını istəmirsənsə, bunu deməyə iradən çatsın. Klub üzvlərinə narahatçılıq vermək istəyirsənsə, yenə de".

"Real" rəhbərliyi ötən mövsüm də kubok finalını qəbul etməkdən imtina etmişdi. Həmin vaxt Madrid klubunun prezidenti "Santiaqo Bernabeu"da işlərin getdiyi və stadionun finalı qəbul etməyə hazır olmadığını söyləmişdi.

Finalda "Atletik"i 3:1 məğlub edən "Barselona" kuboka sahib çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.