İdman

Futbolçu qəzada 4 barmağını itirdi

12 Fevral 2016 11:13
0 Şərh     Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentinanın "Urakan" futbol klubunu daşıyan avtobusun aşması dünya mətbuatının diqqət mərkəzindədir.

Milli.Az publika.az-a istinadən bildirir ki, qəzada xəsarət alanlarla bağlı yeni xəbər var. Futbolçulardan biri Patrisio Toranso 4 ayaq barmağını itirib. 33 yaşlı təcrübəli yarımmüdafiəçi Buenos-Ayresdə əməliyyat olunub. Onun həyat yoldaşı qorxur ki, bu qəza ərinin karyerasına son qoya bilər.
 
Xatırladaq ki, Libertadores kubokunda "Karakas" - "Urakan" oyunundan (1:2) sonra qonaqlar Venesuela hava limanına yollanarkən avtobus aşıb.
 
Patrisio Toranso son mövsümdə 25 oyun keçirib və 3 qol vurub. Yeni mövsümdə isə yalnız 1 dəfə meydana çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.