İdman

Dünya gözəlindən tarixi qol

12 Fevral 2016 08:13
0 Şərh     Baxış: 1 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə qadınlardan ibarət ABŞ millisinin üzvü Aleks Morqan Kosta Rikaya qarşı keçirilən oyunda rekorda imza atıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, dünyanın ən güclü və gözəl hücümçularından hesab olunan Morqan 12-ci saniyədə qol vurub.

Kosta Rikaya qarşı oyun Rio 2016 Olimpidasının seçmə mərhələsi çərçivəsində keçirilib. Aleks Morqan 12-ci saniyədə fərqlənməklə Amerika qadın futbol tarixinə düşüb. Buna qədərki rekord isə Dominikanlı Abby Vambaka məxsus idi. Vambaka 35-ci saniyədə fərqlənmişdi. Morqanın qolu tez vurulmaqla bərabər həmdə olduqca baxımlı alınıb.
Qeyd edək ki, ABŞ-ın qadınlardan ibarət futbol yığmasının ulduzu Aleks Morqan həm də modeldir. 27 yaşlı xanım bir çox tanınmış reklam çarxlarında çəkilməklə yanaşı foto sessiyalarda da iştirak edib. İspaniya nəhəngi "Barselona"ya azarkeşlik edən Morqan ölkəsində "Portland Thorns" klubunun şərəfini qoruyur.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.