İdman

Mahir Şükürov doğrudanmı futboldan gedir? - VİDEO

11 Fevral 2016 21:07
0 Şərh     Baxış: 1 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oynadığı komandaların, eləcə də millimizin əsas heyət üzvü olmuş bu futbolçudan uzun müddətdir ki, xəbər-ətər yox idi. Mətbuatda onun karyerasını bitirdiyi də yazılmışdı. Söhbət müdafiəçi Mahir Şükürovdan gedir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, son bir neçə il ərzində üzvü olduğu komandalarda Mahir Şükürovun əsas heyətdə oynayıb-oynamayacağı demək olar ki, heç vaxt müzakirə mövzusu olmayıb. Şükürov öz mövqeyinin lideri olub.  Tez-tez komanda dəyişsə də. Bu, Berti Foqtsun dövrünə təsadüf edən millidə də belə olub.

Amma xeyli müddətdir ki, ondan xəbər-ətər yox idi. Nə ölkədə idi, nə də mətbuatda. Son mövsümünü Türkiyə birinci divizionunda Karşıyakada keçirmişdi və bununla da karyerasını bitirdiyi deyilirdi.

Mahir Şükürov özündə futbol oynamağa güc hiss edir və ən azı iki il meydanda olmaq istəyir.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mahir Şükürov doğrudanmı futboldan gedir?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.