İdman

​"Barselona" açılışda iştirak üçün 2 milyon avro istədi

11 Fevral 2016 13:56
0 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Trabzonspor" klubu "Akyazı" adlı yeni stadionun açılışı üçün İspaniyanın "Barselona" klubu ilə yoldaşlıq oyunu keçirmək istəyir. 

Milli.Az Report-a istinadən bildirir ki, bunun üçün kataloniyalılar Türkiyə klubundan 2 milyon avro tələb edib.
Klubun maliyyə məsələləri üzrə koordinatoru Emre Aksoy yerli mətbuata açıqlamasında təklifi dəyərləndirdiklərini söyləyib: ""Barselona" ilə açılış oyunu keçirmək üçün ödəniş etməliyik. Onlar 2 milyon avro istədilər. Böyük bir komandasansa, yoldaşlıq görüşündən pul qazanmalısan. Bu təklifi dəyərləndiririk".
E.Aksoy "Barselona"dan başqa, ərəb klublarından biri ilə də oyun keçirmək istədiklərini bildirib.
Qeyd edək ki, "Trabzonspor"un yeni stadionu 42 minə yaxşın tamaşaçı tutur. Stadionun açılış tarixi hələlik müəyyənləşməyib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.