İdman

​SSRİ yığmasına olimpiya çempionluğu qazandıran futbolçu vəfat edib

10 Fevral 2016 23:34
0 Şərh     Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur Sovet futbolçusu Anatoli İlyin vəfat edib.

Milli.Az "report"-a istinadən xəbər verir ki, SSRİ yığmasının və "Spartak"ın sabiq hücumçusu 85 yaşında ikən dünyasını dəyişib.
İlyin 27 iyun 1931-ci ildə doğulub. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında futbol yarışının finalında həlledici qolun müəllifi kimi tarixə düşüb. Əfsanəvi futbolçu olimpiya çempionluğundan əlavə 5 dəfə (1952, 1953, 1956, 1958, 1962) SSRİ çempionu, 2 dəfə (1950, 1958) SSRİ Kubokunun sahibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.