İdman

Çempionlar Liqası: "Lokomotiv" qalib gəldi

10 Fevral 2016 20:53
0 Şərh     Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsində növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, Avropanın ən mötəbər klub yarışında mübarizəni davam etdirən Azərbaycanın yeganə komandası "Lokomotiv" 10 qat İsveçrə çempionu "Volero"nu qəbul edib.

Оyun "Lokomotiv" komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Cütün güclüsünün adına fevralın 25-də Sürixdə keçiriləcək cavab matçında aydınlıq gələcək. Komandamız səfərdə istənilən hesabla qalib gəlsə 1/3 finala yüksələcək. Onlar 2:3 hesabı ilə uduzarsa, "Qızıl set"ə ehtiyac duyulacaq. Rəqibin 3:0 və ya 3:1 hesablı qələbəsi "Lokomotiv"in növbəti mərhələ yolunu bağlayacaq.

Çempionlar Liqası

1/6 final, ilk oyun

10 fevral

"Lokomotiv" (Azərbaycan) - "Volero" (İsveçrə) - 3:2 (25:21; 22:25; 25:23; 20:25; 16:14)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.