İdman

"Qalatasaray"a ağır zərbə

10 Fevral 2016 18:05
15 Şərh     Baxış: 3 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" klubunu cəzalandırıb.

Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, qitə futbol qurumu maliyyə "feyr-pley" tələblərini pozan "sarı-qırmızılılar"a avrokuboklardan 1 illik kənarlaşdırılmaqla bağlı cəza tətbiq edib. 

Bu barədə İstanbul klubunun prezidenti Dursun Özbək məlumat verib.
 
O bildirib ki, klubun cəzalandırılmasının günahkarı sabiq rəhbərlikdi: "Avropanın ali futbol qurumu "Qalatasaray"a 1 illik cəza kəsib: "Zərərin həcmi 164 milyon avroya bərabərdi. UEFA-ya bizim idarə heyətinə şans verilməsinin vacib olduğunu söylədim. "Qalatasaray"ı 1 illik cəzalandırdılar. Amma bu cəza haqsızdı. Bu günə qədər "Qalatasaray"a rəhbərlik edənlər bəzi şeyləri gözdən qaçırıblar".
 
Özbək əlavə edib ki, ayın 23-də UEFA nümayəndələri ilə onlar arasında görüş keçiriləcək: "Görüşə futbol dünyasının yaxından tanıdığı vəkil Jan Lui Duponla gedəcəyik. "Qalatasaray"ın əvvəlki idarə heyətinin bəzi şeyləri bacarmadığını düşünürəm. Tələbləri yerinə yetirə bilməsək, baş verənləri "Qalatasaray" camiəsi daşıya bilməz. Əlimizdə olanları satmaqla vəziyyətdən xilas olmağın tərəfdarı deyiləm. Bunu nə özümə, nə də azarkeşlərimizə yaraşdıraram". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.