İdman

"Qvardiolanı "Mançester Yunayted"də görmək istərdim"

10 Fevral 2016 19:57
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın eks futbolçusu və əfsanəvi Yohan Kruyffun oğlu Yordi gündəmdə olan məsələlərə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fəaliyyətini "Makkabi Tel Aviv"in idman direktoru kimi davam etdirən 41 yaşlı mütəxəssis "Barsa" ilə əlaqəli olan NeymarQvardiola barədə fikirlərini bölüşüb.

Neymar: Bir klubun formasını geyinmək romantizmi ilə xaricdən gələn cəlbedici təkliflər arasında ziddiyyət var. Pul faktoru. Neymarın "Barsa"da maliyyə durumu yaxşıdır. Amma həmişə daha yaxşı seçim var. Ümid edirəm, klubda qalar.

La Liqa: "Barselona"nın "Atletiko" üzərindəki qələbəsi (2:1) katalonları daha da rahatlatdı. "Real" və "Atletiko"nu da unutmaq olmaz. Mübariz komandalarla oyunlar çətin keçəcək.

Xosep Qvardiolanın təyinatı. Qvardiolanı "Mançester Yunayted"də görmək istərdim. Onların tarixi "Siti"dən daha böyükdür. Bununla yanaşı, Pep üçün münasib iş yeri hazırda "Mançester Siti"dir. Onun güclü komanda qurmaq üçün imkanları, həvəsi və maliyyəsi olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.