İdman

Limon "Xəzər Lənkəran"a baha başa gəldi: 2000 manat

9 Fevral 2016 13:11
2 Şərh     Baxış: 1 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AFFA-nın İntizam Komitəsinin yığıncağı keçirilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, iclasda Topaz Premyer Liqasının XX turunun oyunlarında baş verən xoşagəlməz olaylar müzakirə olunub.

Yaşananlarla bağlı müvafiq qərarlar verən komitə 6 klubu cəzalandırıb.
 
Turda 5 qırmızı vərəqə alan futbolçuların cəzaları fərqli olub. Jairo Filyo Rodriges ("Neftçi") "Rəvan"la, Emin Mehdiyev ("Sumqayıt") "Zirə" ilə, Tagim Novruzov (AZAL) "Kəpəz"lə, Yasin Həmid ("Rəvan") isə "Neftçi" ilə görüşdə ikinci sarı vərəqə üzündən meydandan qovulduğu üçün 1 oyunluq kənarlaşdırıb. Bu futbolçuların hər biri klubunu 200 manat ziyana da salıb. 6 oyunçusu sarı vərəqə alan "Rəvan" daha 1000 manat ödəməli olacaq.
 
"Qarabağ"la matçda birbaşa qırmızı vərəqə alan Ruslan Cəfərov isə 2 oyunluq cəzaya məruz qalıb. O, "Xəzər Lənkəran"ın 2000 manat cərimələnməsinə səbəb olub.
 
Bu qarşılaşmada meydan sahiblərinin azarkeşləri stadiona limon atıblar. Arenaya kənar əşya atmaları klubun 2000 manat cərimələnməsi ilə nəticələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.