İdman

Messi əməliyyat olundu - YENİLƏNİB

9 Fevral 2016 19:11
4 Şərh     Baxış: 1 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:11

Argentina yığmasını və İspaniyasnın "Barselona" komandasının hücumçusu Lionel Messi fevralın 9-da əməliyyat olunub.

APA-nın "Sport.es" saytına istinadən verdiyi məlumata görə, əməliyyat zamanı onun böyrəyindəki daşlar təmizlənib.

Futbolçu artıq xəstəxanadan buraxılıb.

Onun bu həftə məşqlərə başlayacağı və növbəti turda "Selta" ilə qarşılaşmada meydana çıxacağı gözlənilir.

İspaniya çempionatının geridə qalmış 17 turu ərzində 28 yaşlı L. Messi 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

-----------

11:53

"Barselona"nın hücumçusu Lionel Messi əməliyyat olacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, argentinalı futbolçu yenidən böyrəyində ağrılar hiss edir.

Dekabr ayında böyrəyində daş olduğu üçün klublararası dünya çempionatında "Quanqjou Everqrand"la görüşü buraxan 29 yaşlı oyunçu yenidən eyni problem yaşadığından, məşqdə iştirak etməyib. Ulduz futbolçu bu gün əməliyyat olunacaq. Sabah evə buraxılacaq Leo fevralın 11-dən məşqlərə başlaya biləcək.
 
Bu isə o deməkdir ki, Messi İspaniya Kral Kubokunun yarımfinal mərhələsində "Valensiya" ilə cavab görüşünü buraxmalı olacaq. Onun La Liqanın növbəti turunda fevralın 14-də "Selta" ilə matçda iştirakı isə sual altındadır.
 
Qeyd edək ki, 2016-cı ildə 10 oyun keçirən Messi 11 qol vurub, 5 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.