İdman

Məşhur klublar suriyalı futbolçu ilə maraqlanır

8 Fevral 2016 22:55
0 Şərh     Baxış: 1 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mançesterin iki məşhur klubu "Borussia Monchengladbach"ın gənc futbolçusu Mahmud Dahudla maraqlanır. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "United" və "City" yayda 20 yaşlı yarımmüdafiəçi üçün transfer fəaliyyətinə başlaya bilər. Dahud mövsümün sonunda "Manchester City"nin sükanı arxasına keçəcək Xosep Qvardiolanın diqqətini cəlb edib. Suriya əsilli futbolçu bir müddət "Juventus"un da maraq dairəsində idi. Onun agenti Maks Eberl oyunçu barədə "Borussia" rəhbərliyinin qərar verəcəyini bildirib.

Dahudun Münhenqladbax klubuyla müqaviləsi 2018-ci ildə başa çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.