İdman

Qadın güləşçilərimiz Ukraynada - FOTO

8 Fevral 2016 19:52
0 Şərh     Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

8-13 mart 2016-cı il tarixdə Latviyanın Riqa şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.

Milli.Az bildirir ki, Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionata hazırlaşan qadın güləşi üzrə yığma komandamızın üzvləri Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlıqları davam etdirirlər. Yığmamızın üzvləri ilə yanaşı, Ukrayna, Macarıstan, Braziliya və Böyük Britaniya güləşçiləri də təlim-məşq toplantısında iştirak edirlər.

Baş məşqçi Semyon Çteryov və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Kiyevə yollanan yığmanın heyətində Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq) və Yuliya Ratkeviç (58 kq) yer alıblar.

Fevralın 1-dən başlayan təlim-məşq toplanışı ayın 11-də başa çatacaq. Daha sonra yığma komandanın üzvlərinin 13-14 fevral 2016-cı il tarixdə Kiyevdə keçiriləcək beynəlxalq turnirdə iştirakı planlaşdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.