İdman

"Çin klubları transferdə 100 milyon dollar həddini asanlıqla aşacaqlar"

8 Fevral 2016 14:59
0 Şərh     Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Jiangsu Suning"in hücumçusu Tim Keyhill Çin klublarının səs-küylü transferlərə imza atmasına münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, avstraliyalı futbolçu bu barədə deyib:

"Çində ilk dəfə olanda insanların futbola marağını görürdüm. Onların nə etmək istədiklərini bilirdim. Son illərdə baş verən proqres, sadəcə, heyrətləndirir. Hazırkı klublar güc toplayıb və çinlilər qarşıya məqsəd qoyursa, o məqsədə çatırlar. Lazımsız şeylərdən isə tez də yaxa qurtarırlar. Çin Superliqasında böyük kadr potensialı var. Ağılasığmaz dəyişikliklər müşahidə edirəm, amma temp artmaqdadır. Möhtəşəm bir şeyin şahidi olacağıq. Tezliklə Çin klubları transferdə 100 milyon dollar həddini asanlıqla aşacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.