İdman

ABŞ Rio-de-Janeyro olimpiadasından imtina edə bilər

8 Fevral 2016 11:12
0 Şərh     Baxış: 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ idmançıları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını buraxa bilər.

Report-un ABŞ Milli Olimpiya Komitəsinə istinadən verdiyi məlumata görə, səbəb Braziliyadakı Zika virusu epidemiyasıdır. 

Fevralın 1-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Zika virusunu qlobal fövqəladə xəstəlik adlandırıb. Bildirilib ki, bu virus Braziliyada minlərlə anadangəlmə qüsur halları yaradan xəstəliyi sürətlə yayır.  

"Rio-2016" Təşkilat Komitəsi isə vəziyyəti diqqətlə izlədiyini və ÜST-nin epidemiyaya münasibəti ilə bağlı bütün tövsiyələri izləyəcəklərini bəyan edib. 
Bununla belə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Zikanın idmançıların 2016-cı il olimpiadasında iştiraklarına maneçilik törətməyəcəklərinə inam ifadə edib. Onun fikrincə, problemin həlli üçün hələ vaxt var. 

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.