İdman

Boksçumuz birinci oldu

8 Fevral 2016 09:41
1 Şərh     Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan boksçuları yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub.

56 kq cəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev finalda Böyük Britaniya təmsilçisi Aşfaq Qaisdadi məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ondan fərqli, Kamran Şahsuvarlı (75 kq) finalda fransalı Kristian Mbilliyeyə uduzub. 
 
64 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor da 2-ci yerə layiq görülüb. Kuba əsilli boksçumuz finalda qazaxıstanlı Ablaixan Jussupova məğlub olub. Yığmamızın liderlərindən hesab edilən Teymur Məmmədov isə (81 kq) yarımfinalda mübarizəni dayandıraraq bürünc medalla kifayətlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.