İdman

"Avro-2016": Yığmamızın rəqibi müəyyənləşdi

8 Fevral 2016 09:15
0 Şərh     Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiyanın paytaxtı Belqradda keçirilən futzal üzrə Avropa çempionatının 1/4 finalçıları müəyyənləşib.

Milli.Az qol.az-a istinadən bildirir ki, D qrupunu ikinci pillədə başa vuran Azərbaycan yığmasının da rəqibi bəlli olub.

Komandamız C qrupunun qalibi Rusiya ilə üz-üzə gələcək. Millimizlə eyni qrupda yer alan İtaliya yığması isə C qrupunun ikincisi Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları 8-9 fevral tarixlərində keçiriləcək.

Avropa çempionatının 1/4 final mərhələsinin cütlükləri aşağıdakı kimidir:

Serbiya - Ukrayna

Portuqaliya - İspaniya

Rusiya - Azərbaycan

Qazaxıstan - İtaliya 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.