İdman

Vardi onunla maraqlananları məyus etdi

7 Fevral 2016 22:03
1 Şərh     Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Leicester City" ingilis hücumçu Ceymi Vardi ilə müqaviləni yeniləyib. Goal.az klubun saytına istinadən xəbər verir ki, onunla 2019-cu ilin yayına kimi yeni müqavilə imzalanıb.

"Leicester"in heyətində yer alan bir futbolçu kimi bu klubun uğur qazanması naminə mübarizə aparmaqdan məmnunam. Klub sahiblərindən tutmuş məşqçiər və texniki heyətə, futbolçular və azarkeşlərə kimi bu cür idman ruhu görməmişəm. Uzun müddət bunu bir parçası olmaq istəyirəm. "Leicester City" gəldiyim andan mənə tam etibar göstərib. Bu inamın inkişafımda rolu böyükdür. Klubun mənə sərmayəsinə görə həmişə ona minnətdaram olacam. Bunun əvəzini ödəmək üçün hər gün çalışacam" - Vardi qeyd edib.

29 yaşlı hücumçu 2012-ci ildə İngiltərə çempionatının 3-cü divizionunda çıxış edən "Fleetwood Town" klubundan "tülkülər"in heyətinə qoşulmuşdu. 2013/14 mövsümündə o, Championship-də 16 qol vuraraq "Leicester"in 102 xalla yüksək diviziona yüksəlməsində pay sahibi olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.