İdman

"Bu oyun finala bərabər olacaq"

7 Fevral 2016 21:27
0 Şərh     Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Chelsea" bu mövsüm qeyri-stabil çıxışı cari İngiltərə çempionunu Avrokuboklardan kənarda qoya bilər. Artıq komandanın əsas qapıçısı Tibo Kurtua növbəti mövsüm ÇL-da oynamamaq fikri ilə razılaşıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, belçikalı qolkiper ən yaxşı halda komandanın 6-cı pilləni tutacağını düşünür.

"İndi biz daha yaxşı oynayırıq və mövsümü də nikbin başa vurmaq istəyirik. Real düşünəsi olsaq, İngiltərə kubokunu qazanmağa çalışmalıyıq. Amma püşk bizi "Manchester City" kimi güclü rəqiblə üz-üzə qoydu. Bu oyun finala bərabər olacaq. Çempionlar Liqasında ağır olacaq. Amma çempionatda 6-7-ci yerləri tutmaq mümkündür. Hazırda çempionluq mübarizəsi 4 komanda arasında gedir. Bilirik ki, onlar xallar itirəcək. Mümkün qədər turnir vəziyyətimizi yaxşılaşdırmaq istəyiik. Laki dördlüyə düşmək əlçatmaz görünür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.