İdman

"İlk əvvəl uşaqlarla çalışmağın da əleyhinə deyiləm"

7 Fevral 2016 20:27
0 Şərh     Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniya millisinin keçmiş hücumçusu Adrian Mutu gələcəkdə milli komanda və "Fiorentina" klubuna rəhbərlik etmək istədiyini bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, İtaliya mətbuatına açıqlamasında Mutu bunları qeyd edib:

"Ən yüksək səviyyədə məşqçilik etmək istəyirəm. İlk əvvəl uşaqlarla çalışmağın da əleyhinə deyiləm. Sadəcə yaxşı məşqçi olmaq kifayət etmir, uğur qazanmaq arzusundayam. Məhz bu səbəbdən məşqçilik sənətini öyrənməyə başlamışam.

Mən Prandellinin rəhbərliyi altında oynamışam. Fikrimcə, onun komandasında çıxıb edən bütün futbolçular Çezarenin böyük məşqçi olduğunu təsdiqləyər. Birlikdə işlədiyim digər böyük mütəxəsislər Ranyeri, Kapello, Lippi və Mourinyodur. Düzdür, hər birinin öz iş metodları var. Onlar elə klublarda çalışıblar ki, orda məşqçi futbolçulara planlarını detallarla izah etmir. Sadəcə çempionlarla və adi oyunçularla işin xarakteri fərqlənir. Prandelli çempionlarla çalışmaqla yanaşı, hər şeyi xırdalıqlarına qədər izah edirdi. Gələcəkdə "Fiorentina" və Rumıniya millisində baş məşqçi olmaq istərdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.