İdman

"Çox səbirsiz idik"

7 Fevral 2016 19:18
0 Şərh     Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqasının 20-ci turunda  "Xəzər Lənkəran"a qalib gəldikləri oyundan (3:0) sonra qol.az-ın suallarını cavablandırıb.

- Deyəsən, "Xəzər Lənkəran" üzərində qələbə "Qarabağ"a asan başa gəlmədi...

- Oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. İlk hissədə də göründü ki, rəqib bu oyuna yaxşı hazırlaşıb. Amma etiraf edim ki, biz də bir qədər tələsirdik. Son turda xal itirmişdik və meydanda çox səbirsiz idik. Buna görə də tez-tez top itkilərinə yol verirdik. Amma ikinci hissədə şanslarımızdan yararlanmağı bacardıq və 3 xalı qazandıq.Bu qələbə bizim üçün çox vacib idi.

- Hazırda "Xəzər Lənkəran" heç də yaxşı günlərini yaşamır. Niyə onların sizə çətinlik yaradacağını gözləyirdiniz ki?

- Çünki bütün oyunlar çətindir. AZAL-la oyunda da çoxlu qol vəziyyətimiz oldu. Amma heç birindən yararlana bilmədik. Əvəzində rəqib bir qol vurdu və qələbə qazandı. Qarşıda "Kəpəz"lə oyun var. Həmin görüş daha çətin olacaq. Biz bilirik ki, Premyer Liqada bütün klublar "Qarabağ"a qarşı sıx oynayır.  Lakin "Xəzər Lənkəran" üzərindəki qələbədən sonra qarşıdakı oyunlara sakit şəkildə hazırlaşa bilərik.

- Meydanda tez-tez top itkilərinə yol verirdiniz və futbolçular istədikləri oyunu sərgiləyə bilmirdilər. Bunu son oyunlardakı uğursuzluq, yoxsa Antalya yorğunluğu ilə əlaqələndirmək olar?

- Bu fikrilə razı deyiləm. Siz komandamızın hər oyunda nə qədər qol epizodu yaratdığını gördünüz. "Xəzər Lənkaran"la oyunun ilk hissəsində də yaxşı şanslarımız oldu.

- Növbəti turda "Kəpəz"lə qarşılaşacaqsınız. Rəqib son oyunlarda öz meydanında çox aqressiv çıxış edir...

- Elə buna görə də bu oyuna yaxşı hazırlaşmalı, "Kəpəz"i ciddiyə almalıyıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.