İdman

Çin klubu məşhur argentinalıya elçi düşdü

7 Fevral 2016 16:22
0 Şərh     Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSG-nin futbolçusu Ezekiel Lavezzinin də Çinə yollanacağı gözlənilir. Goal.az Fransa mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı hücumçunun "Shanghai Shenhua" klubu ilə anlaşdığı deyilir. Ona ildə 10 milyon avro maaş vəd olunub. PSG isə argentinalı hücumçunun satışından 5-10 milyon avro qazanacaq. Nəzərə alsaq ki, Avropada artıq transfer pəncərəsi qapanıb və Lavezzinin parislilərlə müqaviləsi yayda bitəcək, bu təklifi göydəndüşmə hesab etmək olar. Lavezzinin transferinin rəsmən 25-26 fevralda elan olunması mümkündür.

"Shanhgai Shenhua"da Muhəmməd Sissoko, Tim Keyhill, Paulo Enrike və Demba Ba kimi oyunçular da forma geyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.